Naxçıvan səhiyyəsində görünməmiş olay
23 dekabr 2010 12:05 (UTC +04:00)

Naxçıvan səhiyyəsində görünməmiş olay

Naxçıvanda ilk dəfə olaraq birbaşa canlıdan canlıya orqan köçürülüb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlu Lent.az-a bildirib ki, Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri bu gündən Naxçıvanda növbəti humanitar aksiyaya başlayıb. Aksiya çərçivəsində xəstəxananın həkimləri böyrək çatışmazlığından əziyyət çəkən Bulud Cabbarovun üzərində böyrək transplantasiyası həyata keçiriblər. Əməliyyat uğurla nəticələnib və hazırda reanimasiya şöbəsinə köçürülən xəstənin vəziyyəti qənaətbəxşdir.

Əmrah Fəqanoğlu bildirib ki, əməliyyat Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində, Mərkəzi Neftçilər Xəstəxanasında 2 ildir fəaliyyətə başlayan İnsan orqan və toxumalarının transplantasiyası Mərkəzinin rəhbəri, doktor Mricəlal Kazıminin rəhbərlik etdiyi 20 nəfərlik tibbi heyət tərəfindən icra olunub. Donor üzərində aparılan əməliyyatlara isə Mərkəzin həkimi Eldar Əhmədov rəhbərlik edib. Onun sözlərinə görə, sabah böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən daha bir Naxçıvan sakini əməliyyat masasına qaldırılacaq. Xəstələr 18 yaşlı Bulud Cabbarov və 35 yaşlı Həbib Cəfərovun donorları öz valideynləridir.

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi, tibb elmləri namizədi Həbib Yüzbaşıyev deyib ki, bu cür transplantoloji əməliyyatlar Naxçıvanda ilk dəfədir ki, həyata keçirilir.

Xatırladaq ki, aksiya Heydər Əliyev Fondunun təşəbbüsü və ARDNŞ-nin dəstəyi ilə keçirilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 964

Oxşar yazılar