M&P firmasının məhsullarını almayın!
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, ev 54 ünvanında yerləşən “M&P” firmasından götürülmüş nümunələrin laborator müayinəsi zamanı müəssisədə istehsal edilmiş yağlılığı 20% olan xamanın, yağlılığı 3,2% olan qatığın və camış qatığının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus qrupundan olan bakteriyalar (stafilakokk) aşkar olunub.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, etiketində yağlılığının 20% olduğu göstərilmiş xamanın tərkibində yağın kütlə payının normadan az olduğu da müəyyənləşdirilib.
Aşkar edilmiş pozuntularla əlaqədar, insan orqanizmi üçün təhlükəli olan 273 kq süd məhsullarının məhv edilməsi barədə “M&P” firmasına Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib və həmin mallar qanunamüvafiq qaydada məhv edilib.
Araşdırmalar davam edir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara "M&P" firmasına məxsus istehsalat sahələrində istehsal edilmiş süd məhsullarını almamağı tövsiyə edir.

Oxşar yazılar

84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 00:02
Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin
21 iyul 2025 , 19:46
Xoş XƏBƏR: Sabah əsəcək külək istinin təsirini azaldacaq
21 iyul 2025 , 19:07
İyulun 21-də yeni həyata başlayacaq BÜRCLƏR: Keçmişlə vidalaşacaqsınız
21 iyul 2025 , 18:39
Müəllimlərin işə qəbulunun NƏTİCƏLƏRİ
21 iyul 2025 , 18:09
Vanqa və "yaşayan Nostradamus"dan 2025-ci il üçün eyni sensasiyalı PROQNOZ
21 iyul 2025 , 17:12
Bakıda bu avtobus zolaqlarında sərnişin düşürməyə icazə verildi
21 iyul 2025 , 15:58