Ötən ay ölkədə 49 obyekt bağlanıb
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2010-cu ilin noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 86 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 49 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 20 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 928, mikrobioloji göstəricilərinə görə 959, toksikoloji göstəricilərinə görə 272, radioloji göstəricilərinə görə 37 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 21-də orqanoleptik və fiziki-kimyəvi, 7-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən edilib. Şadlıq evlərindən götürülmüş 4431 yaxma nümunəsinin 58-də, mikrobioloji çirklənmə aşkar olunub. Müayinə olunmuş 184 soyuq qəlyanaltı nümunəsində normadan kənara çıxma aşkarlanmayıb.
Noyabr ayı ərzində əhali arasında 53 qida zəhərlənməsi hadisəsi baş verib, 60 nəfər zərərçəkən olmuşdur. O cümlədən 3 botulizm hadisəsi baş verib, 3 nəfər zərərçəkən olub. Botulizm hadisələri məişət şəraitində hazırlanmış xiyar turşusunun qəbulu nəticəsində baş verib.

585