“Quş qripi” monitorinqinin nəticələri açıqlandı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyi ilə bağlı ölkə ərazisində aparılan monitorinqin nəticələrini açıqlayıb.
DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Lent.az-a bildirib ki, noyabrın 29-dan başlanmış monitorinq seçmə üsulla ovlanaraq götürülən 46 baş çöl quşunun patoloji materialı, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1815 baş ev quşunun qan nümunələri, eləcə də 98 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.
Yolçu Xanvəli deyib ki, monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında aparılıb. Onun sözlərinə görə, həmin ərazilərdə xəstə, xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.
Elxan SALAHOV

Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20