Təhsil Nazirliyi ali məktəblərdə təhsil haqqının artırılmasını istəyir
15 dekabr 2010 13:57 (UTC +04:00)

Təhsil Nazirliyi ali məktəblərdə təhsil haqqının artırılmasını istəyir

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, ali məktəblərdə dövlət sifarişli ixtisaslar üzrə illik təhsil haqqı özəl ali məktəblərdəki təhsil haqqından yüksək olmalıdır: “İnsanlarda və ali məktəblərdə də bu ixtisaslara maraq yaranmalıdır. Çünki dövlət sifarişli ixtisaslara qəbul olunmuş tələbələrin sayı artdıqca ali məktəblərin də gəliri çox olacaq”.


M. Mərdanov deyib ki, ali məktəblər müstəqil maliyyələşdirmə mexanizmində könüllülük prinsipi ilə iştirak edir: “Ola bilər ki, bəzi ali məktəblər bu prosesdə iştirak etsin, bəziləri iştirak etməsin. Bu, ondan asılıdır ki, Azərbaycan hökuməti olaraq, biz bu prosesi necə həyata keçirəcəyik. Əgər digər universitetlər görsə ki, ali məktəblər bu prosesə qatılmaqla udur, onda hamı bu mexanizmdə iştirak edəcək. Amma başqa cür olsa, əlbəttə, heç kim bu prosesdə iştirak etməyəcək. Yəni burada məcburiyyət prinsipi yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar