“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir
ARDNŞ-dan APA-ya verilən məlumata görə, “Azəriqaz” bu rejimdə işini yanvarın 5-dək davam etdirəcək. Həmin müddətdə istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi üçün İstehsalat Birliyi tərəfindən bütün zəruri tədbirlər həyata keçirilib. Növbəlilik əsasında 24 saat iş rejiminə keçirilməklə bərabər 104 və 185 nömrəli telefonlar da abonentlərin istifadəsində olacaq.
“Azəriqaz” hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

626