Bələdiyyələrə dair iki kitab hazırlanıb - FOTO
15 dekabr 2010 11:24 (UTC +04:00)

Bələdiyyələrə dair iki kitab hazırlanıb - FOTO

Aran Humanitar Regional İnkişaf İctimai Birliyi Bərdədə “Bələdiyyənin kargüzarlıq toplusu” və “Azərbaycanda yerli özünüidarənin hüquqi əsasları” kitablarının təqdimat mərasimini keçirib.

İctimai Birliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, “Bələdiyyənin kargüzarlıq toplusu”su təşkilatın daxili imkanları hesabına dərc olunub. Topluda 26 adda (Bələdiyyə əmrlərinin çıxarışı kitabı, Baş kitab, Kassa kitabı, Akt forması, Bələdiyyə protokolu və s.) sənəd nümunələri əksini tapıb. Həmçinin Ədliyyə Nazirliyinin və qanunvericilikdən irəli gələn müvafiq normalara uyğunlaşdırılmış formaların standartları tərtib olunub. Toplunun elektron versiyası 100 nüsxədə hazırlanıb və mərkəzi regionda aktiv bələdiyyələrə təqdim olunub.

Oxfam GB və İCCO Beynəlxalq təşkilatlarının maliyyə dəstəyi ilə nəşr olunan “Azərbaycanda yerli özünüidarəetmənin hüquqi əsasları” kitabda isə bir çox bələdiyyə səlahiyyətləri haqqında məlumat verildiyindən, bu səlahiyyətlərin ekspertlər tərəfindən analizi aparıldığından bələdiyyələrin səmərəli fəaliyyət göstərməsi üçün stolüstü kitab kimi mühüm əhəmiyyət daşıyır. Aran təşkilatının layihə əməkdaşları tərəfindən hazırlanmış və 2010-cu ilin iyul ayında “Qanun” nəşriyyatında 1365 nüsxəlik tirajla çap edilmiş kitab bələdiyyələrlə yanaşı həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabların təqdimat mərasimində dövlət strukturları, QHT-lər, region bələdiyyələri və KİV nümayəndələri iştirak ediblər. Tədbirin sonunda kitabların nəşr və elektron versiyalarının nüsxələri iştirakçılara təqdim olunub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807

Oxşar yazılar