Havalar isinir
15 dekabr 2010 10:29 (UTC +04:00)

Havalar isinir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur.


Şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarına gəlincə, dekabrın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar