58 qalibdən 37-si şagird, 21-i tələbədir
Bu gün Təhsil Nazirliyində orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında keçirilmiş “Gələcək nəsillərlə üz-üzə” III Ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, mərasimdə “Qlobal Minillik Prizi” beynəlxalq müsabiqənin təsisçisi və prezidenti, “Minilliyin Layihəsi”nin Meksika üzrə bölməsinin rəhbəri Konsepsion Olavarrieta, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələri, universitet rektorları, məktəb direktorları və müəllimlər də iştirak edib. Təhsil naziri Misir Mərdanov mərasimdəki çıxışında deyib ki, bu müsabiqə hər il Azərbaycan məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilir. Bu bu ildən etibarən isə universitet tələbələri də müsabiqəyə qatılıb.
Misir Mərdanov bildirib ki, müsabiqəyə təqdim edilən inşa yazıları “Minilliyin Layihəsi”nin 15 Qlobal Çağırışına uyğun 15 mövzunu əhatə edib, şagird və tələbələrin iştirakı, eləcə də mövzu seçimi sərbəst olub. Onun sözlərinə görə, qiymətləndirmə nəticəsində 657 şagird və 423 tələbə 15 Qlobal çağırış üzrə I, II və III yerlər uğrunda mübarizə aparıb. İştirakçılar arasından 58 qalib seçilib və onlardan 37-si şagird, 21-i isə tələbədir.
Təhsil naziri bu müsabiqədə ölkəmizin ayrı-ayrı bölgələrindən orta məktəb şagirdlərinin, müxtəlif universitetlərdən tələbələrin iştirakını fərəhləndirici hal kimi dəyərləndirib. Misir Mərdanov bildirib ki, müsabiqənin şagird finalçıları sırasında Bakı şəhəri üzrə 10, Sumqayıtdan 5, İsmayıllıdan 4, Zərdab, Ağdam, Hacıqabuldan 2, Quba, Tərtər, Qax, Zaqatala, Neftçala, Lənkəran, Ağcabədi, İmişli, Kürdəmir, Samuxdan isə 1 nəfər müvafiq yerlərə layiq görülüb.
Elxan SALAHOV

630