Ev və çöl quşlarının satışına qadağa qoyulub
Ötən gün rayon baytarlıq idarələrinə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən bazarlarda çöl və ev quşlarının diri və kəsilmiş halda satışına qadağa qoyulması barədə göstəriş verilib. Bu barədə Lent.az-a Xaçmaz və Qusar rayon baytarlıq idarələrindən məlumat verilib. Verilən informasiyaya görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova bu haqda sərəncam imzalayıb.
Qusar rayon Baytarlıq İdarəsinin rəisi Fəxrəddin İbrahimov Lent.az-a bildirib ki, bu gündən etibarən mütəmadi olaraq bazarlarda monitorinqlər keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəlinin Lent.az-a verdiyi məlumata görə isə bu barədə müvafiq sərəncamın noyabr ayının 29-da imzalanıb. Əsas məqsəd quş qripinin yayılmasının qarşısı alınması üçün profilaktik tədbirlər görməkdir.
Vəli Turan

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09