Nazir: “Azərbaycanda taxıl və çörək qıtlığı olmayacaq”
APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
K.Heydərovun sözlərinə görə, artıq Səngəçalda 100 min ton tutumu olan elevator tikilərək istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında isə 30 min tutuma malik elevator tikilərək təhvil verilib: «Gəncədə tikilən 60 min tonluq elevator bir aydan sonra təhvil veriləcək. Bundan başqa, tutumu 100 min ton olan elevatorun tikintisi nəzərdə tutulur. Hazırda həmin anbarın yerinin dəqiqləşdirilməsi ilə bağlı işlər aparılır. Ümumilikdə FHN elevatorları 290 min ton taxıl saxlaya biləcək. Bu o deməkdir ki, hər hansı bir krizis vəziyyətində ölkədə taxıl və çörəklə bağlı heç bir qıtlıq olmayacaq. Uzun müddət ərzində ölkə buğda ilə təmin ediləcək».
Nazir qeyd edib ki, elevatorlarda yüksək keyfiyyətli taxıl saxlanılacaq. Hazırda Azərbaycanda Dövlət Taxıl Fondunun qoyduğu tələblərə cavab verən buğda istehsalının az olduğunu deyən K.Heydərov qeyd edib ki, rəhbərlik etdiyi qurum fermerlərdən üçüncü sinif taxılı almağa hazırdır: «Hazırda tələb olunan buğdanın çox hissəsini idxal edirik. Fermerlər belə taxıldan nə qədər təqdim edəcəklərsə, almağa imkanımız var».
K.Heydərov onu da əlavə edib ki, hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən də taxıl anbarlarının tikintisi maliyyələşdirilir. Bu anbarlar istifadəyə veriləndən sonra, Azərbaycanda həm yerli, həm də idxal taxılın saxlanılmasında problem olmayacaq.

Oxşar yazılar

"Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir" - Ekspertdən ŞOK AÇIQLAMA
9 iyul 2025 , 16:55
Xiyar iki dəfə daha uzun müddət təzə qalacaq: çox sadə həyat hiyləsi
9 iyul 2025 , 16:11
Avropada istilər səbəbindən 2300-dən çox insan ölüb
9 iyul 2025 , 15:42
"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
9 iyul 2025 , 14:40
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ
9 iyul 2025 , 14:00
Qadınlara bu hədiyyələri vermək olmaz - Bədbəxtlik gətirir
9 iyul 2025 , 12:17
Sabah 38 dərəcə isti olacaq - hava PROQNOZU
9 iyul 2025 , 12:03