Gələn il Sumqayıtda bir neçə sosial obyekt istifadəyə veriləcək
14 dekabr 2010 13:40 (UTC +04:00)

Gələn il Sumqayıtda bir neçə sosial obyekt istifadəyə veriləcək

Sumqayıt şəhər icra hakimiyyətindən Lent.az-a bildiriblər ki, hazırda həmin obyektlərdə əsaslı təmir və yenidənqurma işləri başa çatmaq üzrədir. Həmçinin şəhərin 17-ci mikrorayon ərazisində yeni inşa edilən Olimpiya İdman Kompleksində də tikinti işləri yekunlaşdırılır. Adları çəkilən bütün bu sosial obyektlər 2011-ci ildə istifadəyə veriləcək.

Xatırladaq ki, hazırda Sumqayıt şəhərinin bir sıra sosial obyektlərində müasir üslubda əsaslı təmir və yenidənqurma işləri aparılır. İcra hakimiyyətinin başçısı Vaqif Əliyev dünən keçirilən müşavirədə həmin obyektlərdə tikinti işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıq verib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1348

Oxşar yazılar