Maliyyə Nazirliyi 8 QHT-yə maliyyə sanksiyası tətbiq edib
14 dekabr 2010 11:09 (UTC +04:00)

Maliyyə Nazirliyi 8 QHT-yə maliyyə sanksiyası tətbiq edib

APA-nın xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Elxan Cəfərov məlumat verib. O bildirib ki, hesabat təqdim edən QHT-lərdən yalnız 831-i bunu vaxtında edib: “Digərləri isə bunu vaxtından gec edib”.

E. Cəfərov 1353 QHT-nin isə Maliyyə Nazirliyinə hesabat təqdim etmədiyini bildirib. Onun sözlərinə görə, nazirlik hesabat təqdim etməyən QHT-lərə məktublar göndərib. Məktublardan bir qismi ünvanına çatıb, bir hissəsi isə ünvanına çatmayaraq geri qaytarılıb: “169 QHT-nin ünvanı məlum olmadığından məktub göndərmək mümkün olmayıb”.

E. Cəfərov Maliyyə Nazirliyi tərəfindən 8 QHT-yə maliyyə sanksiyası tətbiq olunduğunu bildirib: “Ancaq gələn il sanksiya hesabat təqdim etməyən bütün QHT-ləri əhatə edəcək”.

Şöbə müdiri sanksiya tətbiq olunmuş QHT-lərin adını açıqlamayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar