Azərbaycanda əlillik dərəcələri qrupla yox, faizlə ölçüləcək
Lent.az-ın verdiyi məlumata görə, bunu İctimai Televiziyaya müsahibəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov söyləyib.
Qeyd edək ki, Azərbaycanda əlilliyin təyin olunma meyarları 1997-ci ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Onun sözlərinə görə, bəzi xəstəliklərlə bağlı əlilliyin təyin olunması meyarları da dəyişdirilə bilər. Hazırda bu yeniliklər araşdırma mərhələsindədir: “Hazırda elə xəstəliklər var ki, Azərbaycanda müalicə edilir və tam sağalma fazasına gəlib çatıb. Bu sırada müxtəlif somatik, göz, ürək-damar xəstəlikləri var. Dəyişikliklər əsasən ikinci qrupa aid ediləcək. Məqsəd əlillərin müdafiəsinin səmərəli təşkili və sağlamlıq imkanları məhdud olan belə insanları məşğulluqla təmin etməkdir”.
Natiq Məmmədov qeyd edib ki, ola bilər ki, hansısa insanlar öz peşələri ilə bağlı işləyə bilmirlər, amma əqli, fiziki cəhətdən sağlamdırlar və başqa peşələrdə işləyə bilərlər. Ona görə də ikinci qrup əlillər əsas götürülüb: “Yazırdıq ki, “əmək qabiliyyətsizdir”, “yaxud kənar şəxsin qulluğuna ehtiyac var”. Sözsüz ki, biz burada müəyyən dəyişikliklər edəcəyik”.
Nazir müavini bildirib ki, Azərbaycanda sağlamlığın itirilməsi əlillik qrupları ilə yox, bir sıra xarici ölkələrdə olduğu kimi faizlə ölçüləcək: “Bu, Dünya Bankı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı” layihəsində nəzərdə tutulur. Hazırda bu məsələlər araşdırma mərhələsindədir. Bu sahədə yeniliklərin gələn il tətbiq olunması gözlənilir”.
Xatırladaq ki, 2011-ci ildə Azərbaycan hökumətinin əlillərin məşğulluğu ilə bağlı BMT-nin xüsusi komitəsində ilk məruzəsi dinlənəcək.

Oxşar yazılar

Dörd BÜRCÜN karyeralarında elə sıçrayış olacaq ki...
6 may 2025 , 00:02
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
5 may 2025 , 21:00
Təyyarədə ayaqqabını çıxarmaq olarmı: ekspertlər və stüardessalar nə deyir?
5 may 2025 , 18:41
Tezliklə qalmaqalla üzləşəcəklər: 3 BÜRCƏ XƏBƏRDARLIQ
5 may 2025 , 18:29
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA
5 may 2025 , 17:19