Yeni il hədiyyələrinin monitorinqi başlayır
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yeni il bayramı ilə əlaqədar ticarət obyektlərində içərisində müxtəlif ərzaq məhsulları olan bayram hədiyyələrinin satışı artır. Saxlama müddəti ötmüş ərzaq mallarının insan orqanizmi üçün təhlükəli olmasını, kiçik yaşlı uşaqların Yeni il hədiyyələrindən daha çox istifadə etdiklərini nəzərə alaraq, Dövlət Xidməti bayram hədiyyələri ilə bağlı monitorinqlər keçirəcək. Monitorinqlər zamanı qanun pozuntusuna yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcəkdir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları içərisində müxtəlif ərzaq məhsulları olan bayram hədiyyələri alarkən diqqətli olmağa çağırır.
Elxan SALAHOV
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları içərisində müxtəlif ərzaq məhsulları olan bayram hədiyyələri alarkən diqqətli olmağa çağırır.
Elxan SALAHOV
617