Tünzalə Ağayeva Füzulidə konsert verəcək
13 dekabr 2010 13:03 (UTC +04:00)

Tünzalə Ağayeva Füzulidə konsert verəcək

Müğənninin prodüseri Yalçın Cabbarov Lent.az-a bildirib ki, Qızılbaş Gəncləri Maarifləndirmə İctimai Birliyi Füzuli, Beyləqan və Xocavənd sakinləri arasında “İctimai və vətənpərvər mədəniyyət xadimi” mövzusunda sorğu keçirib. 2500 nəfər arasında keçirilən sorğunun nəticələrinə əsasən, Tünzalə Ağayeva “ilin ən vətənpərvər müğənnisi” seçilib: “Bununla bağlı dekabrın 27-də Tünzalə xanımın Füzuli rayonu Qayıdış qəsəbəsində çıxışı olacaq. İstəyirik ki, Yeni il ərəfəsində həm sıravi vətəndaşları, həm də əsgərlərimizi sevindirək”.

Həmin gün Tünzalə Ağayeva qurumun fəxri diplomu da təltif olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1321

Oxşar yazılar