Paytaxtda daha 2 əmək yarmarkası keçiriləcək
13 dekabr 2010 11:00 (UTC +04:00)

Paytaxtda daha 2 əmək yarmarkası keçiriləcək

Bu ilin sonunadək Bakı şəhərində işaxtaran vətəndaşlar üçün daha 2 əmək yarmarkası keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a bildiriblər ki, yarmarkalardan biri dekabrın 17-də təşkil olunacaq. Bu yarmarkada paytaxtın Yasamal, Səbail, Qaradağ, habelə Şuşa şəhəri və Zəngilan rayonlarından olan işaxtaranlara təxminən 2000 vakant iş yerləri təklif olunacaq.

İkinci yarmarka isə dekabrın 21-də Bakının Xətai, Nizami, Sabunçu, Suraxanı və Xəzər rayonlarında keçiriləcək. Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi 2010-cu il üçün əmək yarmarkası tədbirlərinə yekun vuracaq.

Xatırladaq ki, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 55 şəhər və rayonda keçirilən əmək yarmarkalarında 2053 müəssisə 15 min 804 boş iş yeri ilə iştirak edib. Nəticədə 5 min 153 nəfər işaxtaran və işsiz vətəndaş işlə təmin olunub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1631

Oxşar yazılar