Bakıda külək əsəcək, rayonlara yağış yağacaq
13 dekabr 2010 09:34 (UTC +04:00)

Bakıda külək əsəcək, rayonlara yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 13-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 14-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, dekabrın 13-də gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar