Məktəbli və hicab: Ziyalı qadınlar nə düşünür? - SORĞU
11 dekabr 2010 14:20 (UTC +04:00)

Məktəbli və hicab: Ziyalı qadınlar nə düşünür? - SORĞU

Bu açıqlamanı APA-ya “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı verib. O bildirib ki, orta məktəblərdə azyaşlı qızların başlarına hicab bağlanmasının əleyhinədir: “Bu sifarişli aksiyadır, orta məktəblərdə qızların hicab taxması məsələsi Azərbaycanın inkişafının qarşısının alınmasını istəyən, o cümlədən xarici ölkələrin sifarişini yerinə yetirən insanların gündəmə daşıdığı məsələdir. Azərbaycan qadını hicabdan 100 il əvvəl qurtarıb”.

T. Rüstəmxanlı qeyd edib ki, Azərbaycan özünü qonşu dövlətlərin qarşılaşdığı vəziyyətə sala bilməz: “Bu bir siyasi oyundur və qarşısını almaq lazımdır. Yetkinlik yaşına çatandan sonra hər bir qız mövqeyini özü müəyyənləşdirir. Hicaba taxıb-taxmayacağını da bundan sonra o özü qərarlaşdıra bilər. Məktəbli qızları zorla, təzyiq və təsirlə hicab geymək üçün məcbur qətiyyən imkan vermək olmaz. Ümumiyyətlə türk qadını hicab və çadra taxmayıb. Əvvəllər qadınlarımız kələyağıdan baş örtüyü kimi istifadə edirlər”.

Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə APA-ya bildirib ki, hətta İran İslam Respublikasında qadınların çoxu başlarına hicab taxmır: “İranda başı örtmək üçün adi yaylıqdan istifadə edirlər. Azərbaycanda yenidən bu hicaba qayıtmaq nə qədər düzgündür? Digər tərəfdən isə Qurani-Kərimdə qadınlardan tələb olunub ki, “ayıb yerlərinizi bağlayın”. Nə zamandan baş ayıb yer olub?”

Hüquq müdafiəçisi onu da deyib ki, valideynləri tərəfindən azyaşlı qızların məktəbə hicabla göndərilməsi qadın hüquqlarının pozulması deməkdir: “17 yaşına çatan qadın hicabla bağlı mövqeyini müəyyənləşdirə bilər. Çünki artıq müstəqildir. Məktəblərdə isə hicabdan istifadənin əleyhinəyəm. İslamı dərk edəndən sonra qız hicab bağlaya bilər. Həmçinin azyaşlı qıza öz istəyi olmadan hicab taxdırmaq hüquq pozuntusudur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1544

Oxşar yazılar