TQDK “Məntiq testləri” hazırlayıb
Bu vəsait magistraturaya və vakant iş yerlərinə qəbul üçün imtahana hazırlaşanlara, habelə yuxarı sinif şagirdləri, abituriyentlər və müvafiq sahənin mütəxəssislərinə kömək məqsədi daşıyır.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, “Məntiq testləri” iki hissədən və əlavədən ibarətdir. Birinci hissədə məntiqi təfəkkürü yoxlayan test tapşırıqları, ikinci hissədə onların izahlı cavabları, əlavədə isə imtahana hazırlığa dair mütəxəssis məsləhətləri verilir. Vəsait TQDK nəzdində fəaliyyət göstərən Psixometriya üzrə elmi-metodiki seminar tərəfindən çapa tövsiyə olunub.
“Məntiq testləri” yaxın günlərdə oxucuların istifadəsinə veriləcək.
Elxan SALAHOV

3109