Şamaxıda 25 nəfər gözündən əməliyyat olunacaq
Mərkəzi Neftçilər Xəstəxanasının Göz Mərkəzinin həkimləri Şamaxıda humanitar aksiyaya start verib. Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyə dəstəyi ilə keçirilən aksiya çərçivəsində görmə problemi olan Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayon sakinləri üzərində katarakta əməliyyatının aparılması nəzərdə tutulur.
ARDNŞ Sosial İnkişaf İdarəsi mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu Lent.az-a bildirib ki, əməliyyatlar yeni istifadəyə verilmiş Şamaxı Müalicə-Diaqnostika Mərkəzində aparılacaq. Onun sözlərinə görə, kataraktadan əziyyət çəkən göz xəstələri bir neçə ay əvvəl əməliyyat üçün Şamaxı Müalicə-Diaqnostika Mərkəzinə müraciət ediblər. Əməliyyata Şamaxıdan 15, Ağsudan 6, Qobustandan 2, İsmayıllıdan 2 sakin seçilib. Xəstələr əməliyyatdan 1 gün əvvəl lazım olan bütün müayinələrdən keçirilib və əks göstərişi olmayan xəstələr əməliyyata hazırlanıb.
Xəstələrdən 11-i dünən əməliyyat olunub və hazırda onların vəziyyəti qənaətbəxşdir. Bu gün isə qalan 14 nəfər əməliyyat olunacaq. ARDNŞ-nin Səhiyyə Departamentinin rəisi, tibb elmləri namizədi Fuad Əlizadə bildirib ki, Şamaxı Müalicə-Diaqnostika Mərkəzində katarakta əməliyyatlarının həyata keçirilməsi ilə bağlı aksiyanın davamlı olacaq.
Xatırladaq ki, katarakta (mirvari suyu) gözün büllurunun bulanmasıdır. Bu xəstəlik əsasən yaşlı qrupa aid olan xəstələri əhatə edir. Əməliyyatlar FAKO emosifikasiya üsulu ilə aparılır. Çıxarılan büllurun yerinə süni optik linzalar qoyulur.
Elxan SALAHOV

Oxşar yazılar

Yaxın günlərdə arxadan vurulacaqsınız: 3 BÜRCƏ xəbərdarlıq
3 may 2025 , 18:30
Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı - YENİLƏNİB
3 may 2025 , 18:00
İnsanlar ölməzdən əvvəl üç şeyə peşman olurlar - tibb bacısının hekayəsi
3 may 2025 , 17:15
Yapon "Baba Vanqa"dan iyul ayında fəlakət XƏBƏRDARLIĞI
3 may 2025 , 16:00
Sabah 27 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
3 may 2025 , 14:21
Sabah leysan və sulu qar yağacaq - PROQNOZ
3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək davam edəcək?
3 may 2025 , 10:42