Bir neçə rayona təbii qazın verilməsi dayandırılıb
Yevlax-Balakən magistral qaz kəmərində baş vermiş qaz sızmasının aradan qaldırılması, “Əmircan-Bülbülə” orta təzyiqli qaz kəmərində aparılan birləşdirmə və “Gövhər” Qazpaylayıcı Stansiyasında təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan qaz təchizatında məhdudiyyətlər tətbiq olunub.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, qaz təchizatında məhdudiyyətlər bu gün saat 18:00-dək davam edəcək.
Eyni vaxt ərzində az kəmərinin üzərində siyirtmənin dəyişdirilməsi və yeni siyirtmənin quraşdırılması ilə əlaqədar Ucar Qazpaylayıcı Stansiyasından Ucar rayonuna gedən qaz kəmərində və “Tikinti və norma qaydaları”nın tələblərinə uyğun olaraq payız-qış mövsümü ilə bağlı rekonstruksiya olunmuş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədi ilə Gəncə Qazpaylayıcı Stansiyasından qidalanan “Gəncə şəhər-2” orta təzyiqli qaz kəmərində də qazın verilişi dayandırılıb. Beləliklə, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Gəncə, Ucar, Yevlax rayonlarının, eləcə də Bakının Suraxanı rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyətlər yaranıb.

Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33