Vərəmin müayinəsində dönüş nöqtəsi
10 dekabr 2010 11:31 (UTC +04:00)

Vərəmin müayinəsində dönüş nöqtəsi

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu, vərəm xəstəliyinin müayinəsində dönüş nöqtəsi olacaq.

ÜST-in vərəm bölməsinin rəhbəri professor Mario Raviglione deyib ki, bu, insanların vərəm xəstəliyinə yoluxub-yoluxmadıqlarını 100 dəqiqəyə dəqiq müəyyənləşdirməyə imkan verəcək. DNK texnologiyasından istifadə olunan bu test 125 il ərzində tüpürcəyin mikroskopiya üsulu ilə araşdırılması erasının da sonu çatması demək olacaq.

ÜST bu test ilk öncə Afrikanın cənubunda vərəmin çox yayıldığı ölkələrdə təcrübədən keçirməyə başlamaq istəyir. Statistik məlumatlara görə, 2009-cu ildə 1,7 milyon insan vərəm xəstəliyindən vəfat edib. Hazırda 9,4 milyon insanda aktiv vərəm var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar