Qusarda sürüşmə zonasında yaşayan 15 ailə üçün yeni evlər tikiləcək - FOTO
Qusar rayonun Urva kəndində evləri sürüşmə zonasında yerləşən ailələr üçün yeni yaşayış evləri inşa olunacaq. Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Regional İdarəsinin əməkdaşları əraziyə yenidən baxış keçiriblər.
Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Alif Məmmədov Lent.az-a bildirib ki, nazirliyin əməkdaşları Urvada tikinti işlərinə 2011-ci ilin birinci rübündə başlayacaqlar. Alif Məmmədovun sözlərinə görə, artıq bunun üçün maliyyə vəsaiti ayrılıb və müvafiq sənədlər hazırdır.
Qeyd edək ki, Urvada sürüşmə 2009-cu ilin mart ayından başlayıb. Sürüşmə zonasında 15 yaşayış evi var. Onlardan 5-i daha təhlükəli ərazidə yerləşir. Bu səbəbdən bu evlərdə yaşayan ailələr təhlükəsiz ərazilərə köçürülüb.
Vəli Turan

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46