“Azercell”in prezidenti İqtisadi Əməkdaşlıq Platformasında iştirak edib - FOTO
09 dekabr 2010 19:18 (UTC +04:00)

“Azercell”in prezidenti İqtisadi Əməkdaşlıq Platformasında iştirak edib - FOTO

3-5 dekabr 2010-cu il tarixləri arası İstanbulda “Beynəlxalq İqtisadi Əməkdaşlıq Platforması” forumu baş tutub. “Azercell Telekom” MMC-dən Lent.az-a verilən məlumata görə, toplantıda Türkiyə başda olmaqla Orta Şərq ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, bu münasibətlərin möhkəmlənməsinin yaratdığı yeni imkanlar və s. müzakirə olunub. Forumun məqsədi Türkiyə ilə digər ölkələrin dövlət adamları, gənc liderlər və öndə gələn iş adamlarını bir araya gətirmək olub.

Dünyanın 26 ölkəsindən qonaqların qatıldığı bu tədbirdə Türkiyə prezidenti Abdulla Gül, Misirin birinci xanımı Suzanna Mübarək, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər ölkələrin yüksək rütbəli məmurları iştirak ediblər.

Mötəbər konfransda ölkəmizi Azərbaycanın lider mobil operatoru olan “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan təmsil edib. Cənab Ağan nüfuzlu auditoriya qarşısında “Telekommunikasiya və İKT” mövzusunda çıxış edib.

Azərbaycan-Türkiyə arasında mövcud iqtisadi münasibətlər barədə forum iştirakçılarına məlumat verən Ali Ağan bildirib ki, Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrini səviyyəsinə görə Türkiyə üçüncü yeri tutur. O, həmçinin ölkələr arasında siyasi, iqtisadi, mədəni, hərbi və digər münasibətlərin də çox dinamik və güclü inkişaf etdiyini vurğulayıb. Ali Ağan onu da qeyd edib ki, Azərbaycan hökuməti yüksək texnologiyaların inkişafını prioritet sahələr sırasına daxil edib. Prezident Azərbaycan hökumətinin səyləri nəticəsində ölkədə çalışan şirkətlərin qlobal iqtisadi böhranın öhdəsindən daha asanlıqla gəldiyini söyləyib.

Forumdakı çıxışı zamanı Ali Ağan “Azercell”in fəaliyyətindən də söz açıb. Şirkətin fəaliyyət göstərdiyi 14 il ərzində abonentlərinin sayının 4,2 milyon olduğunu bildirən cənab Ağan onları yüksək keyfiyyətli mobil xidmətlə təmin etdiklərini vurğulayaraq qeyd edib: “Hazırda “Azercell” şəbəkəsi əhalimizin 99,8% əhatə edir. “Azercell” yalnız iri şəhərlər deyil, həmçinin ölkəmizin ən kiçik əhalisi olan kəndlərini də əhatə etməyə nail olub. Biz insanları etibarlı rabitə ilə təmin etməkdən və onları yaşadıqları yer və ya səyahət etdikləri ölkələrdən asılı olmayaraq daim ünsiyyətdə olmalarına şərait yaratmaqdan böyük qürur duyuruq. Eyni zamanda Azərbaycanın telekommunikasiya bazarında lider şirkət olaraq abonentlərimizin hər zaman qabaqcıl texnologiyalardan istifadə imkanlarını artırmaqda davam edəcəyik”.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Platforması Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının himayəsi altında keçirilib. Növbəti illərdə “Beynəlxalq İqtisadi Əməkdaşlıq Platforması” çərçivəsində ayrıca Gənc Liderlər Forumunun keçiriləcəyi də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar