ETSN Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinə müraciət edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Şahdağ Milli Parkı”nda baş vermiş yanğınlarla əlaqədar Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son bir ay ərzində İsmayıllı rayonunun qeyd olunan ərazisinin yaxınlığında bələdiyyə, meşə fondu torpaqlarında, eləcə də Milli Parkın ərazisində bir neçə yanğın hadisəsi baş verib. Bu kimi yanğınların təxribat olması güman edilir.
Bu səbəbdən də sözügedən yanğın hadisəsi aktlaşdırılaraq araşdırma aparılması məqsədilə sənədlər Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional İdarəsinə göndərilib. Təqsirləndirilən şəxslərin müəyyənləşdirilməsi üçün isə Daxili İşlər Nazirliyinin müvafiq idarəsinə - İsmayıllı rayon Polis İdarəsinə müraciət edilib.
Qeyd edək ki, noyabr-oktyabr aylarında bir neçə dəfə milli parkın ərazisində yanğın baş verib. Dekabrda 2 yanğın olayı qeydə alınıb ki, sonuncu belə hadisə dekabrın 6-da “Talıstan” meşəliyində baş verib.
Nizam Rza

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09