Bəzi ərzaq məhsullarının standartlarını razılaşdırmaq üçün Səhiyyə Nazirliyinə müraciət edildi
09 dekabr 2010 15:47 (UTC +04:00)

Bəzi ərzaq məhsullarının standartlarını razılaşdırmaq üçün Səhiyyə Nazirliyinə müraciət edildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində “Qida məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitənin (TK 07) növbəti iclası keçirilib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda “Qida məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitənin sədri, sədrin müavinləri, qeyri-hökümət təşkilatları və istehsal şirkətlərinin səlahiyyətli nümayəndələri iştirak ediblər.

İclasda 25 Dövlət standartı layihəsi müzakirə edilib. Bunlar aşağıdakılardır:

1. AZS 458-2010 “Zeytun yağı. Texniki şərtlər”;
2. ASZ 459-2010 “Bitki yağları. İstehsal. Termin və təriflər”;
3. AZS 506-2010 “Süd və süd emalı məhsulları. Termin və təriflər”;
4. AZS 507-2010 “Çay. Suda həll olunan ekstraktiv maddələrin təyini”;
5. AZS 508-2010 “Çay. Ümumi, suda həll olmayan və suda həll olan külün təyini üsulları”;
6. AZS 509-2010 “Çay. Nümunə alma”;
7. AZS 510-2010 “Çay. Tanin və kofein miqdarının təyini üsulları”;
8. AZS 511-2010 “Çay. Xam sellülozun təyini”;
9. AZS 512-2010 “Çay. Xırdalanmış nümunənin hazırlanması və quru maddələrin təyini üsullu”;
10. AZS 513-2010 “Kəsmik. Ümumi texniki şərtlər”;
11. AZS 514-2010 “Bitki və heyvan yağları və piyləri. Nümunə götürülmə”;
12. AZS 515-2010 “Bitki yağları. Keyfiyyət göstəriciləri. Termin və təriflər”;
13. AZS 516-2010 “Bitki və heyvan yağları və piyləri. Nəmlik və uçucu maddələrin miqdarının təyini”;
14. AZS 517-2010 “Çay sənayesi. Termin və təriflər”;
15. AZS 518-2010 “Bitki və heyvan yağları və piyləri. Peroksid ədədinin təyini”;
16. AZS 519-2010 “Bitki və heyvan yağları və piyləri. Yod ədədinin təyini”;
17. AZS 520-2010 “Qovurulmuş şirin badam ləpəsi. Texniki şərtlər”;
18. AZS 521-2010 “Qənnadı məmulatlar istehsalı. Termin və təriflər”;
19. AZS 522-2010 “Qovurulmuş yerfındığı ləpəsi. Texniki şərtlər”;
20. AZS 523-2010 “Bitki və heyvan yağları və piyləri. Sabunlaşma ədədinin təyini”;
21. AZS 524-2010 “Bitki və heyvan yağları və piyləri. Həll olmayan qarışıqların təyini”;
22. AZS 525-2010 “Konfetlər. Ümumi texniki şərtlər”;
23. AZS 526-2010 “Kərə yağı. Ümumi texniki şərtlər”;
24. AZS 527-2010 “Bitki və heyvan yağları və piyləri. Refraksiya indeksinin təyini”;
25. AZS 528-2010 “Makaron məhsulları. Texniki şərtlər”.

Standart layihələri geniş müzakirə edildikdən sonra qərara alınıb ki, “Kəsmik. Ümumi texniki şərtlər”, “Zeytun yağı. Texniki şərtlər”, “Qovurulmuş şirin badam ləpəsi. Texniki şərtlər”, “Qovurulmuş yerfındığı ləpəsi. Texniki şərtlər”, “Konfetlər. Ümumi texniki şərtlər”, “Kərə yağı. Ümumi texniki şərtlər”, “Makaron məhsulları. Texniki şərtlər” standartları mövcud qaydada razılaşdırılması üçün Səhiyyə Nazirliyinə təqdim edilsin.


“Bitki yağları. İstehsal. Termin və təriflər”, “Süd və süd emalı məhsulları. Termin və təriflər”, “Çay. Suda həll olunan ekstraktiv maddələrin təyini”, “Çay. Ümumi, suda həll olmayan və suda həll olan külün təyini üsulları”, “Çay. Nümunə götürülmə", "Çay. Tanin və kofein miqdarının təyini üsulları”, “Çay. Xam sellülozun təyini”, “Çay. Xırdalanmış nümunənin hazırlanması və quru maddələrin təyini üsullu”, “Bitki və heyvan yağları və piyləri. Nümunə götürülmə”, “Bitki yağları. Keyfiyyət göstəriciləri. Termin və təriflər”, “Bitki və heyvan yağları və piyləri. Nəmlik və uçucu maddələrin miqdarının təyini”, "Çay sənayesi. Termin və təriflər", "Bitki və heyvan yağları və piyləri. Peroksid ədədinin təyini”, “Bitki və heyvan yağları və piyləri. Yod ədədinin təyini”, “Qənnadı məmulatlar istehsalı. Termin və təriflər”, “Bitki və heyvan yağları və piyləri. Sabunlaşma ədədinin təyini”, “Bitki və heyvan yağları və piyləri. Həll olmayan qarışıqların təyini”, “Bitki və heyvan yağları və piyləri. Refraksiya indeksinin təyini” standartlarının isə terminlərdə bəzi dəyişikliklər edilməklə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə dövlət qeydiyyatından keçməsi üçün təqdim edilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 881

Oxşar yazılar