Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş ispan dilində internet səhifəsi - FOTO
09 dekabr 2010 13:28 (UTC +04:00)

Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş ispan dilində internet səhifəsi - FOTO

Azərbaycan Respublikasının Meksikadakı səfirliyi tərəfindən Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş ispan dilində internet səhifəsi hazırlanıb.

Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “www.heydar-aliyev.mx” internet səhifəsi geniş ispan dilli ictimaiyyət üçün nəzərdə tutulub.

Qeyd edək ki, 1982-ci ilin aprel ayında SSRİ-nin yüksək səviyyəli nümayəndə heyəti Heydər Əliyevin rəhbərliyi ilə Meksikaya işgüzar səfər edib. İnternet səhifəsində Heydər Əliyevin Meksikaya səfərinə dair geniş ictimaiyyətə məlum olmayan arxiv materialları, o cümlədən onun Meksika prezidenti ilə görüşü, səfər haqda Meksika Konqresi və digər dövlət arxivlərindən əldə edilmiş videoyazılar, fotoşəkillər və beynəlxalq mətbuat tərəfindən dərc edilmiş məqalələr yerləşdirilib. Saytda Azərbaycan haqqında, Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin həyata keçirdiyi xarici siyasət kursu və beynəlxalq təşkilatlarla əməkdaşlıq tarixi, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımına dair məlumatlar da yer alıb.

Yaradılmış internet səhifəsi bütünlüklə ispan dilində hazırlanaraq, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş ilk ispan dilli internet mənbəyidir. İnternet səhifəsi erməni icmalarının sıx məskunlaşdığı Latın Amerikası regionunda Azərbaycan həqiqətləri barədə ispan dilli mətbuatda mövcud olan informasiya boşluğunun aradan qaldırılması istiqamətində növbəti addımdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143

Oxşar yazılar