Azərbaycanda BSTA-nın regional qurumu yaradılacaq
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) MDB və türkdilli ölkələr üzrə Regional Koordinasiya Mərkəzinin Azərbaycanda yaradılması nəzərdə tutulur.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, bu qərar noyabrın 29-dan dekabrın 4-dək Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda qəbul edilib. DSMF sədri Səlim Müslümovun da iştirak etdiyi forumda BSTA-nın qərarı qurumun Baş katibi Hans-Horst Konkolevski tərəfindən rəsmən bəyan olunub. O bildirib ki, qərarla bağlı məlumatlar yaxın zamanlarda müvafiq sosial sığorta-pensiya təşkilatlarına ünvanlanacaq.
Elman Babayev bildirib ki, həmin toplantıda BSTA rəhbərliyi tərəfindən ölkəmizdə sığorta-pensiya sahəsində aparılan uğurlu siyasətin və islahatların nəticələrini nəzərə alaraq Azərbaycanda Sosial sığorta-pensiya məsələləri üzrə Beynəlxalq Tədqiqat və Tədris Mərkəzinin yaradılması təklif edilib. Baş katib Hans-Horst Konkolevski qeyd edib ki, belə Mərkəzin yaradılmasının regionda sosial sığorta-pensiya məsələlərinin səmərəli həlli üçün böyük əhəmiyyəti var və BSTA öz bilik və təcrübəsini ortaya qoyaraq bu Mərkəzi dəstəkləməyə hazırdır. Mərkəzin Azərbaycanda yaradılmasının əsas səbəbi kimi ölkəmizdə qısa müddət ərzində bu sahədə böyük nailiyyətlərin əldə olunması, ölkənin iqtisadi qüdrəti, siyasi nüfuzu və idarəetmə sahəsində böyük təcrübəsi qeyd olunub.
Dünya Sosial Təminat Forumunda Azərbaycan nümayəndələri “Masştabı genişlənən avtomatlaşdırılmış idarəetmə sistemləri” və “Sığorta-pensiya sistemlərində aktuar tədqiqatların təşkili və qərar qəbul etmə üsulları” üzrə məruzələrlə çıxış ediblər. Forumda iqtisadi böhran şəraitində sosial təminat sahəsində inkişaf və tendensiyalar, sosial təminat təşkilatlarının idarə edilməsində yeni yanaşmaların müəyyən olunması, əksər dünya ölkələri üçün ciddi problem olan demoqrafik vəziyyət və başqa mövzular müzakirə olunub.
Forum çərçivəsində BSTA-nın yeni prezidenti də seçilib. Yeni prezident Erol Stuve Hollandiya Sosial Bankının İdarə Heyətinin sədridir. Səfər zamanı DSMF sədri S.Müslümov Polşa, Moldova, Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa, Qazaxıstan, Rusiya, Hollandiya, Almaniya, Estoniya, İsveç və digər ölkələrin sosial sığorta-pensiya təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib, gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib.
Xatırladaq ki, 1927-ci ildə əsası qoyulan BSTA 150-dən çox ölkədən olan 340-a yaxın üzvü olan təşkilatdır. Keyp Taundakı sonuncu Forumda 143 ölkədən 1600 nəfərdən çox nümayəndə iştirak edib.
Elxan SALAHOV

622