Sabah hava küləkli olacaq
09 dekabr 2010 10:26 (UTC +04:00)

Sabah hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.a-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.


Havanın temperaturu gecə 9-11, gündüz 13-16 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarına gəlincə, dekabrın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur. Qərb küləyinin əsəcəyi, əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-9, gündüz 14-17, dağlarda gecə 0-5, gündüz 13-17 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar