Şəkərli diabetlə mübarizə mövzusu mediada işıqlandırılacaq - FOTO
08 dekabr 2010 18:08 (UTC +04:00)

Şəkərli diabetlə mübarizə mövzusu mediada işıqlandırılacaq - FOTO

Lent.az-ın məlumatına görə, tədbir şəkərli diabet mövzusunun mediada peşəkarlıqla işıqlandırılmasını stimullaşdırmaq məqsədilə beynəlxalq mükafatın təsis olunmasına həsr olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan Diabet Cəmiyyətinin sədri M.Ömərova açıb. Diabetin mahiyyətindən, bu bəlanın ölkəmizdə də geniş yayılmasından danışan M.Ömərova daha sonra sözü Mili Məclisin deputatı, professor Rafiq Məmmədhəsənova verib. Jurnalistlərə keçiriləcək müsabiqədən danışan R.Məmmədhəsənov gələcək iştirakçıları müsabiqə barədə məlumatlandırıb. Daha sonra çıxış edən millət vəkili Hadı Rəcəbli isə jurnalistlərə müsabiqə ilə bağlı bəzi istiqamət və məsləhətlər verib.

Tədbir Azərbaycan Endokrinoloqları Elmi Cəmiyyətinin sədri, professor Valeh Mirzəzadənin şəkərli diabetin mahiyyətinə və xəstəliklə mübarizə yollarına həsr edilmiş məruzəsi və bu mövzuya həsr olunmuş filmin nümayişi ilə davam edib.

Tədbir “Novo Nordisk” şirkətinin Azərbaycan nümayəndəliyinin tibbi koordinatoru Vüsalə Məmmədovanın məruzəsi ilə yekunlaşıb.

Elan olunmuş müsabiqə ilə bağlı məlumatlar və müsabiqənin şərtləri “novonordisk.com” saytında yerləşdirilib.

Nilgün
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1004

Oxşar yazılar