İctimai Komitənin üzvləri 15 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçiriblər
08 dekabr 2010 17:10 (UTC +04:00)

İctimai Komitənin üzvləri 15 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçiriblər

Məhkumların İslah Edilməsində İctimaiyyətin İştirakını Təmin Edən və Cəzanı İcra Edən Müəssisələrin Fəaliyyətinə İctimai Nəzarəti Həyata Keçirən İctimai Komitənin üzvləri Şahin Camalov, Nazir Quliyev və Səidə Qocamanlı 15 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçiriblər.

İctimai Komitənin İctimaiyyətlə Əlaqələr Departamentindən Lent.az-a verilən məlumata görə, monitorinq zamanı məhkumların saxlanma şəraiti, məişət - ərzaq və maddi təminatı, tibb işinin təşkili, məhkumlara göstərilən psixoloji yardımın səviyyəsi, onların qısamüddətli və uzunmüddətli görüş, telefon danışıqları ilə təmin edilməsi, cərimə təcridxanalarında vəziyyət öyrənilib.

Monitorinq personalın peşəkarlıq səviyyəsi, işinin təşkili, onların sosial təminatları və əmək şəraitini də əhatə edib, vakansiyaların mövcud olub-olmaması araşdırılıb. Baxış zamanı məhkumlarla konfidensial görüşlər keçirilib, onlara hüquqi yardımlar göstərilib.

Monitorinqin nəticələrinə dair rəy hazırlanaraq Ədliyyə Nazirliyinin müvafiq orqanlarına təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar