Naxçıvanda 27 nəfər ürəyindən əməliyyat olunacaq
Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahiyyə briqadası dekabrın 6-dan Naxçıvanda növbəti aksiyaya start verib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu Lent.az-a bildirib ki, Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində keçirilən aksiya dekabrın 12-dək davam edəcək. Onun sözlərinə görə, aksiya çərçivəsində xəstəxanan Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudovun rəhbərliyi ilə ürək çatışmazlığından əziyyət çəkən 27 sakin üzərində açıq ürək əməliyyatı aparılması nəzərdə tutulur.
Əmrah Fəqanoğlu deyib ki, aksiya başlanandan indiyədək 8 xəstə üzərində analoji əməliyyatlar aparılıb və onların hamısı uğurla nəticələnib. Əməliyyat olunması planlaşdırılan xəstələr arasında 10-dək uşaq da var və onlardan ən kiçiyi 2 yaşındadır. Onun sözlərinə görə, əməliyyatların hamısı ARDNŞ-nin maliyyə dəstəyi ilə gerçəkləşdirilir.
Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, indiki aksiyada əməliyyat olunanlar da hesaba alınmaqla, son 3 ildə Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri tərəfindən açıq ürək əməliyyatı aparılan Naxçıvan sakinlərinin sayı 177-yə çatacaq. Bu ilin sonunda Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində Mərkəzi Neftçilər Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən ilk transplantoloji əməliyyatın həyata keçirilməsi nəzərdə tutulur.
Elxan SALAHOV

Oxşar yazılar

Bu BÜRCLƏR ölümcül səhv etmək riski altındadır: vacib məsləhətlər
21 iyul 2025 , 00:02
5 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
20 iyul 2025 , 22:53
Ceff Bezos otel işçilərinə 52 min dollar “çayavoy” verdi
20 iyul 2025 , 16:38
III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51
Bu BÜRCLƏRDƏN borc almağa dəyər: Dostlarına borcları bağışlayırlar
20 iyul 2025 , 10:10
Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06