Bir ayda Sumqayıtda 3300 ədəd ağac əkilib
08 dekabr 2010 13:57 (UTC +04:00)

Bir ayda Sumqayıtda 3300 ədəd ağac əkilib

Lent.az-ın məlumatına görə, bu fikir şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevin rəhbərliyi ilə Sumqayıtın 2010-2011-ci il qış mövsümünə hazırlığına həsr olunmuş geniş müşavirədə söylənilib. Bildirilib ki, ağaclar şəhərin Ü. Hacıbəyov, Çerkassı, İ.Qayıbov, Niyazi, İnşaatçılar küçəsində, 12-ci mikrorayon ərazisində və Bakı-Quba yolunda əkilib.

Müşavirədə o da qeyd edilib ki, 2010-cu ilin əkin mövsümündə şəhər ərazisində kol və ağacların əkilməsi, yaşıllıqların salınması istiqamətində yerlər müəyyənləşdirilib, layihələr hazırlanıb. Əkin mövsümü ərzində şəhər ərazisində 26600 ədəd ağac, 4000 ədəd kol əkilməsi və 1500 p/m suvarma xətlərinin çəkilməsi nəzərdə tutulub. Bu məqsədlə şəhərin müxtəlif ərazilərində iməciliklərin keçirilməsinə start verilib. Növbəti iməciliyin keçirilməsi isə bu həftənin sonuna planlaşdırılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar