”Azərikimya”da mütəxəssislərin işə qəbulu üçün müsabiqə keçirilib - FOTO
07 dekabr 2010 22:17 (UTC +04:00)

”Azərikimya”da mütəxəssislərin işə qəbulu üçün müsabiqə keçirilib - FOTO

ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində kimya müəssisələrinin energetika sahəsində işləmək istəyən gənc mütəxəssis və peşə sahiblərinin işə qəbulu üzrə müsabiqə keçirilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, test üsulu ilə keçirilən yoxlamalarda iddiaçılar 20 suala cavab verməli olublar.


Gənc energetiklərin sınaq test yoxlaması “Azərikimya” İB-nin təcrübəli mütəxəssisləri, hüquqşünas və kadr işçilərindən təşkil olunmuş xüsusi komissiya tərəfindən aparılıb. Müsabiqədə iştirak etmiş 30-a yaxın mütəxəssisin nəticələri komissiya üzvləri tərəfindən cavab kartları diqqətlə yoxlanıldıqdan sonra məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731

Oxşar yazılar