Ali təhsilin Boloniya istiqaməti
“Azərbaycan özünün milli-mədəni dəyərlərini, dil mədəniyyətini qoruyub saxlamaqla Boloniya təhsil prosesinə qoşula bilər”.
Lent.az-ın məlumatına görə, millət vəkili, Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov Beynəlxalq Akademik Perspektivlər İnstitutunun reytinq cədvəlində BDU-nun dünyanın 2000 ən yaxşı universiteti arasında aşağı mövqedə olmasına münasibət bildirərkən belə deyib. O qeyd edib ki, həmin reytinq cədvəlinə daxil olan universitetlərin hamısı öz işini Boloniya təhsil prosesinin tələbləri çərçivəsində qurub: “Ancaq o universitetlərin böyük əksəriyyətində tədris ingilis dilindədir və bu, reytinq cədvəlində yüksək nəticə üçün əsas şərtlərdəndir. Bizim isə öz dilimiz və mədəniyyətimiz var. Ona görə də Boloniya təhsil prosesinə keçid zamanı bunu diqqətdən qaçırmamalıyıq”.
Bununla belə, Abel Məhərrəmov BDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, universitetin beynəlxalq səviyyədə daha yaxından tanınması və onun nüfuzunun qaldırılması üçün ciddi tədbirlərə başlandığını da deyib. Onun sözlərinə görə, universitet Boloniya təhsil prosesinin tələblərinə çatmağı özü üçün prioritet seçib və bu istiqamətdə tədbirlər gücləndiriləcək.
Xatırladaq ki, Beynəlxalq Akademik Perspektivlər İnstitutunun reytinq cədvəlində BDU dünyanın ən yaxşı 2000 universiteti arasında 1951-ci yerdə qərarlaşıb.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah çimərliklərdə hava küləkli olacaq - XƏBƏRDARLIQ
2 iyul 2025 , 14:19
Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04
“Polis Günü” ilə bağlı təntənəli tədbir keçirildi -FOTOLENT -VİDEO
2 iyul 2025 , 12:54
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq - Sabahın HAVASI
2 iyul 2025 , 12:29
107 illik xidmət: Gecə-gündüz keşikdə
2 iyul 2025 , 12:04
Azərbaycanda Polis günüdür
2 iyul 2025 , 11:07
Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26