Sərnişin stansiya qurğuları və avtomobilləri də dövlət standartı oldu
07 dekabr 2010 19:43 (UTC +04:00)

Sərnişin stansiya qurğuları və avtomobilləri də dövlət standartı oldu

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış “AZS 425-2010” “Sərnişin stansiya qurğuları və avtomobilləri” dövlət standartını təsdiq edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu standart sərnişin stansiyası qurğularına, avtobus dayanacaq məntəqələrinə, taksi-avtomobillərin dayanacaqlarına, sərnişin və yük avtomobil nəqliyyatı vasitələrinə şamil edilir və fərqləndirici nişanların, göstəricilərin və digər informasiya tərtibatların, məlumatların qeydə alınması üçün əsas tələbləri müəyyənləşdirir.

Standartın müddəaları Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən verilmiş lisenziyaya əsasən sərnişin və yük avtonəqliyyat vasitələri ilə daşımanı həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar üçün icbaridir. Normativ sənəddə sərnişin stansiya qurğularının tərtibatı, müntəzəm sərnişin daşımalarını yerinə yetirən sərnişin nəqliyyatı vasitələrinin dayanacaq məntəqələrinin tərtibatı, nəqliyyat vasitələrinin xarici tərtibatı (taksi və sərnişin avtonəqliyyat vasitələri), sərnişin nəqliyyatı vasitələrinin və taksi-minik avtomobillərinin daxili tərtibatına olan tələblər mövcuddur.
Standartın tətbiq vaxtı bu il dekabrın 20-dən müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar