SAMF internet-medianın monitorinqinə başladı
07 dekabr 2010 12:48 (UTC +04:00)

SAMF internet-medianın monitorinqinə başladı

Fonddan Lent.az-a verilən məlumata görə, bir ay ərzində davam edəcək monitorinq zamanı ölkəmizdə müasir KİV sahəsi olan internet-medianın bir neçə parametrdən təhlil edilməsi planlaşdırılıb. Monitorinq zamanı onların ayrı-ayrılıqda media qurumu kimi ölkə vətəndaşlarının informasiyaya olan tələbatını ödəməsi baxımından fəaliyyətləri, internet-media orqanlarında gündəlik informasiyaların həcmi, xəbərlərin yerləşdirmə intervalı nəzərdən keçiriləcək. Habelə yerləşdirilən informasiyalarda siyasət, iqtisadiyyat, reklam, kriminal və əyləncə xəbərlərinə yer ayrılması təhlil ediləcək, o cümlədən xəbərlərin hazırlanmasında peşəkarlıq, operativlik, iri həcmli yazılarda milli-mənəvi dəyərlərə söykənən problemlərinin analizi və Azərbaycan dilinin saflığının internet-mediada qorunması məsələlərinə xüsusi diqqət yetiriləcək.

Xatirladaq ki, bir müddət əvvəl fondun əməkdaşları KİV-lərə məxsus internet resursların monitorinqini həyata keçirmişdi.

Layihənin mütəxəssislərin iştirakı ilə dəyirmi masada yekunlaşdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129

Oxşar yazılar