Yanğına necə nəzarət etməli?
Bu gün Qəbələdə “Müəssisə və Təşkilatlarda Dövlət Yanğın Nəzarəti İşinin Təşkili” mövzusuna həsr olunmuş regional seminar başlayır. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) İnvestisiya Mühiti üzrə Məsləhət Xidmətləri Layihəsinin Fövqəladə Hallar Nazirliyi ilə birgə təşkil etdiyi tədbirə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası da dəstək verir.
Beynəlxalq Maliyyə Korporasiyasının Bakı ofisindən Lent.az-a bildiriblər ki, seminarın əsas məqsədi yanğından mühafizənin əsaslarına dair geniş müzakirələr aparmaq, bu istiqamətdə təhlükəsizlik tədbirlərinin daha müasir və effektiv təşkilinə dəstək verməkdir. Tədbirdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının, Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat Şöbəsinin, Dünya Bankı Qrupunun İnvestisiya Mühiti üzrə Məsləhət Xidmətləri Layihəsinin mütəxəssisləri müəssisə və təşkilatlarda Dövlət Yanğın Nəzarəti İşinin Təşkili və Təbliğinin vəziyyətindən, danışacaq, mövcud problemlərin həlli yollarını müzakirə edəcəklər.
Seminarın sonunda isə tədbir iştirakçıları 3 müəssisəni texniki müayinədən keçirəcəklər.
Elxan SALAHOV

710