İctimai Teleradio 2010-cu ildəki fəaliyyətinə görə mükafatlandırıldı
“Business Time” jurnalının təsis etdiyi illik mükafatın təqdimat mərasimi “Buta Palace”da olub.
Lent.az-ın məlumatına görə, təqdimat mərasimində İctimai Teleradionun bu il ərzindəki nailiyyətlərini əks etdirən video çarx nümayiş olunub.
Mərasimdə İctimai Teleradionun MDB-də ilk dəfə olaraq Avropa Yayımları Birliyinin Baş Assambleyasına ev sahibliyi etdiyi xüsusi vurğulanıb. Bildirilib ki, İctimai Televiziya artıq Azərbaycanda beynəlxalq layihələrin ünvanı kimi tanınan bir media quruma çevrilib. 2010-cu ildə əldə olunan nailiyyətlər sırasında “Eurovision Mahnı Müsabiqəsi”ndə Azərbaycanın iştirakını uğurla təşkil etməsi, parlament seçkilərini yüksək peşəkarlıqla işıqlandırması, bütün namizədlərə pulsuz efir vaxtı ayırması diqqətə çatdırılıb. Həmçinin Türkiyə, Gürcüstan, Macarıstan, Ukrayna, Rusiya, Belorus və digər ölkələrlə mütəmadi olaraq telekörpülər həyata keçirdiyi, İctimai Televiziyanın artıq film istehsal edən bir quruma çevrildiyi, şirkətdə bu günədək 100-dən çox sənədli və bədii film çəkildiyi bildirilib.
Yaradıcılıq sahəsindəki uğurlarla yanaşı, ölkə prezidenti cənab İlham Əliyevin birbaşa himayəsi ilə İctimai Teleradionun əməkdaşları üçün yaşayış binasının tikintisinə də başlandığı bildirilib.

Oxşar yazılar

“Xaricdə təhsil” fırıldaqçılarından necə yayınaq? – Bu şirkətlərlə ehtiyatlı olun
2 may 2025 , 15:23
"Manatlıq taksilər qazandıqlarını cəriməyə verirlər" - Yol polisindən AÇIQLAMA
2 may 2025 , 15:11
I ixtisas qrupu üzrə tələbə qəbulu qaydası DƏYİŞDİ
2 may 2025 , 15:04
Azərbaycanın bu rayonlarında qızlar 11, 12, 13 yaşında ana oldular – SİYAHI
2 may 2025 , 14:13
Leysan, dolu, sulu qar - Sabahın HAVASI
2 may 2025 , 12:49
Zaman ütüsünə qarşı bir sığal əli - Hamarlanmayan duyğular
2 may 2025 , 11:59
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 may 2025 , 08:15