Fransada təhsil almaq imkanı
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) özünün Təqaüd Proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərinin magistraturalarında təhsillərini davam etdirmək istəyən gənclər üçün müsabiqə elan edib.
ARDNŞ-nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, müsabiqədə ingilis, yaxud fransız dilini yaxşı bilən, hazırda ölkə universitetlərinin birində bakalavr pilləsi üzrə 4-cü kursda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Proqrama müraciət edən namizədlər müsabiqədən uğurla keçərsə, növbəti tədris ilindən ARDNŞ-nin maliyyə vəsaiti ilə Fransada təhsil almağa başlaya bilər. Müsabiqədə iştirak etmək istəyən bakalavr namizədlər bakalavriatı “yaxşı” və “əla” qiymətlərlə bitirməli, magistraturada oxuyanlar və bitirənlər isə TQDK-nın xətti ilə keçirilən test imtahanından ARDNŞ-nin Təqaüd Proqramında olan mühəndis-texniki ixtisaslar üzrə 100 bal, digər ixtisaslar üzrə 110 bal toplamalıdırlar. Namizədlər həmçinin komissiyaya TOEFL, İELTS və s. xarici dil imtahanlarının verilməsi barədə sertifikatlar təqdim etməlidirlər.
Müsabiqədə iştirak etmək istəyənlər tələb olunan sənədlər 2011-ci il yanvarın 1-ə qədər [email protected] elektron ünvanında qəbul ediləcək.
Xatırladaq ki, Fransada təhsil almaq ARDNŞ və 'TOTAL' arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. ARDNŞ ilə kadr hazırlığı sahəsində əməkdaşlıqda maraqlı olan Fransanın 'TOTAL' şirkəti Şirkətin xaricdə kadr hazırlığı proqramına hələ 2006-cı ildə qoşulub.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25