Sabah Məhərrəm ayı başlayır
06 dekabr 2010 14:33 (UTC +04:00)

Sabah Məhərrəm ayı başlayır

APA-nın məlumatına görə, Aşura günü (Məhərrəm ayının 10-u) Miladi təqvimi ilə dekabrın 16-na təsadüf edir. Məhərrəm ayı Miladi təqvimi ilə 2011-ci il yanvarın 5-də, Səfər ayı isə fevralın 4-də başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya bildirib ki, Məhərrəm ayının 10-cu gününə (Aşura) qədər QMİ-nin Qazılar Şurasının peyğəmbərin sevimli nəvəsi İmam Hüseynin şəhid olduğu hüznlü Məhərrəm ayı ilə bağlı fətva verəcəyi gözlənilir.


Qeyd edək ki, Məhərrəm Hicri-qəməri təqvimi ilə islam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn və yaxınları Yəzid ibn Muaviyyənin qoşunları tərəfindən qətlə yetirilib. İmam Hüseynin qırx mərasimi 2011-ci il yanvarın 25-nə təsadüf edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1058

Oxşar yazılar