Sumqayıtda qış müzakirələri
Sumqayıt şəhərinin qış mövsümünə hazırlıq vəziyyəti müvafiq qurumların rəhbərlərinin iştirakı ilə icra hakimiyyətində müzakirəyə çıxarılıb. Sumqayıt şəhər icra hakimiyyətindən Lent.az-a bildiriblər ki, icra hakimiyyətinin başçısı Vaqif Əliyevin rəhbərliyi ilə keçirilən geniş müşavirədə bütün təsərrüfat xidmətlərinin qarşıdan gələn qış aylarına hazırlıq məqsədilə gördüyü işlərin hesabatı dinlənilib. İcra hakimiyyətinin başçısı şəhər təsərrüfatının bütün xidmətlərinin hazırlıq səviyyəsinin yüksək olması, tədricən kəskinləşən hava şəraitinin sakinlərin gündəlik həyatına, nəqliyyatın hərəkətinə təsirinin minimuma endirilməsi ilə əlaqədar öz tapşırıqlarını verib.
Müşavirədə elektrik enerjisi təsərrüfatının rəhbəri S.Balaşov, Sumqayıt Qaz İstismar sahəsinin baş mühəndisi T.Balıyev, Sumqayıt şəhər Təmizlik Departamentinin baş direktoru R.Mustafayev çıxış edərək müvafiq sahələrin qış mövsümünə hazırlığı barədə məlumat veriblər. Yığıncaqda həmçinin Sumqayıt şəhərindən Milli Məclisə seçilmiş deputatlar – Leyla Abdullayeva, Musa Qasımlı, Muxtar Babayev və Hacı Salayev yerli ictimaiyyətə təqdim olunub, şəhər İcra hakimiyyətinin başçısı tərəfindən onlara Sumqayıt kitabı hədiyyə edilib.
Millət vəkilləri çıxış edərək seçiciləri ilə görüşlərdə qaldırılmış məsələlərin həllində yaxından iştirak edəcəklərini, sumqayıtlıların qayğı və problemlərini parlament kürsüsündən səsləndirəcəklərini bildiriblər.
Elxan SALAHOV

1017