Havalar istiləşəcək
06 dekabr 2010 10:27 (UTC +04:00)

Havalar istiləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacağı ehtimal olunur. Havanın temperaturu gecə 9-11, gündüz 15-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, cənub-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-12, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar