Azad Rəhimov Paris və Londona gedir
04 dekabr 2010 19:19 (UTC +04:00)

Azad Rəhimov Paris və Londona gedir

Gənclər və idman naziri Azad Rəhimov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın icrası ilə bağlı məsələlərin müzakirə edilməsi məqsədilə Paris və Londona gedir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir Azad Rəhimovla bərabər Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov, təhsil nazirinin müavini Elmar Qasımov da 5 dekabr 2010-cu il tarixdə Parisdə, 6 dekabr tarixində isə Londonda olacaqlar.

5 dekabr tarixində başlayacaq səfər çərçivəsində rəsmilər ilk olaraq Azərbaycan Respublikasının Parisdəki səfirliyinin binasında, 6 dekabr tarixdə isə London şəhərində “Hotel Royal Garden” də rəsmi şəxslərin iştirakı ilə görüşlər keçirəcəklər. Görüş zamanı tələbələrin üzləşdikləri bir sıra inzibati, iqtisadi, sosial və digər problemlərlə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar