Respublika əhəmiyyətli magistrallarda videomüşahidə sistemi yaradılacaq
04 dekabr 2010 13:35 (UTC +04:00)

Respublika əhəmiyyətli magistrallarda videomüşahidə sistemi yaradılacaq

Bu barədə APA-ya Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bu məqsədlə yenidənqurma işləri başa çatdırılmış avtomagistrallarda hər bir hava şəraitində video nəzarəti həyata keçirmək imkanlarına malik kameraların qurulması planlaşdırılır. Ümumilikdə yollara nəzarət vahid mərkəzdən idarə olunacaq ki, bu həm təhlükəsizlik baxımından, həm də baş verən yol hadisələrinin nəticələrini tez bir zamanda aradan qaldırmaqda rol oynayacaq.

Qeyd edək ki, hazırda Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərində nəqliyyat sisteminə nəzarət etmək üçün Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzinin qurulması istiqamətində işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar