“Bakıelektrikşəbəkə”dən borclu abonentlərə xəbərdarlıq
ASC-nin mətbuat xidmətindən “APA-ECONOMICS”ə verilən məlumata görə, “Bakıelektrikşəbəkə”nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 07 dekabr 2010-cu il tarixi saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamaması üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytı (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.

570