Həkimlər attestasiyadan keçəcək
Bundan sonra Azərbaycanda hər 5 ildən bir həkimlər attestasiyadan keçəcək.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, artıq həkimlərin attestasiyası ilə bağlı sənədlərin qəbuluna başlanıb.
”Artıq Nazirlər Kabineti tərəfindən həkimlərin attestasiya qaydaları təsdiq olunub. Dekabrın 1-dən sənədlərin qəbuluna başlanıb. Yəqin ki, yanvar ayından müxtəlif ixtisaslar üzrə həkimlərin attestasiyasına başlanacaq” - deyə, nazir müavini əlavə edib.
Elsevər Ağayev bildirib ki, həkimlərin attestasiyadan keçirilməsində məqsəd ölkədə tibbi xidmətin keyfiyyətini artırmaqdır.

1114