Nazir müavini: “Sərhəd məntəqələrində nəzarət rejimi də gücləndirilib”
Samux rayonunda ev quşlarının kütləvi şəkildə tələf olmasına H5N1 virusu səbəb olub.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev Lent.az-a bildirib ki, bu barədə Nazirliyə məlumat Dövlət Baytarlıq Xidməti tərəfindən daxil olub: ”Dünən Baytarlıq Xidməti tərəfindən məlumat daxil oldu ki, Samux rayonunda ev quşları arasında tələfat olub. Qan nümunələri təsdiq üçün Səhiyyə Nazirliyinə göndərilib. Artıq burda H5N1 virusunun H5-i təsdiq olunub. İndi N1-in aşkarlanması istiqamətində laboratoriyada tədqiqat aparılır. Yəqin ki, yaxın günlərdə bu barədə məlumat veriləcək”.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 1-dən ölkədə quş ovuna bir aylıq müvəqqəti qadağa qoyub. Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə deyir ki, sərhəd məntəqələrində nəzarət rejimi də gücləndirilib.

644