2,5 mln avroya Samur-Yalama Milli Parkı yaradılır
03 dekabr 2010 14:37 (UTC +04:00)

2,5 mln avroya Samur-Yalama Milli Parkı yaradılır

Lent.az xəbər verir ki, seminarda layihə barədə ətraflı məlumat verilib və bu istiqamətdə müzakirələr aparılıb. Bildirilib ki, Samur-Yalama Milli Parkının Yaradılması Layihəsi 2001-ci ildə Almaniya Federativ İqtisadi İnkişaf Və Əməkdaşlıq Nazirliyi tərəfindən təsis olunmuş Qafqaz Təşəbbüsünün bir hissəsi olan Ekoregional Təbiəti Mühafizə Proqramı nəzdində həyata keçirilir. Milli Parkın yaradılması üçün Samur-Yalama zonasında 12 500 hektar meşə əraziləri və kənd təsərrüfatı istiqamətində istifadə olunan torpaqlar ayrılıb.



Layihənin əsas məqsədi Samur-Yalama ərazisinin ekosisteminə daxil olan biomüxtəlifliyin qorunmasına töhfə verməkdir. Milli parkın cənub şərqində bataqlıq və su hövzələrinin yerləşdiyi ərazidə nadir köçəri quş növləri və nəsli kəsilməkdə olan balıq növlərinin yaşayış mühitini qorumaqdan ötrü Dövlət Təbiət Qoruğunun yaradılması da nəzərdə tutulub. Bu ərazidə turistlər üçün guşənin yaradılması da planlaşdırılır. Layihə Azərbaycan və Almaniya Hökumətlərinin İnkişaf Əməkdaşlığı çərçivəsində Almaniya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir.



Layihənin rəhbəri Matias Görgen Lent.az-a bildirib ki, layihənin həyata keçirilməsi üçün Almaniya İnkişaf Bankı 2.5 mln avro vəsait ayırıb. Layihə icra müddəti 2010-2013-cü illəri əhatə edir. Layihəyə rəhbərliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirəcək.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272

Oxşar yazılar